Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şəxs yenidən saxlanılıb.
AZİNFORM.AZ-ın məlumatına görə, 52 yaşlı Vadim Sedov bu dəfə oğurluq əməlinə görə tutulub.
İttihama əsasən, o, ötən il mağazalardan mobil telefon, bahalı qol saatı oğurlayıb.
Onun barəsində cinayət işi başlanıb. V.Sedov həbs edilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.
Qeyd edək ki, V.Sedov Nərgiz Əliyevadan pul almaq məqsədi ilə avtomobilinə yaxınlaşıb. Aktrisa hücuma məruz qaldığını bildirərək polisə müraciət edib.