"Bakıda şagird "2" aldığı üçün..." - İDDİA və CAVAB - VİDEO
2-04-2023, 12:11

Bakıdakı orta məktəblərin birində şagirdin özünü 3-cü mərtəbədən atdığı iddia olunur. Sosial şəbəkədə yayılan videogörüntüdə 22 nömrəli məktəbin idman müəllimi Müşviq Əliyev iddia edir ki, martın 30-u 9-cu sinif şagirdi Məhəmməd Bəhlulov nəzarətsiz şəraitdə yıxılıb.

AZİNFORM.AZ Xəzər TV-yə istinadla xəbər verir ki, iddiaya görə, səbəb Məhəmməd Bəhlulovun "2" qiymət almasıdır.

9-cu sinif şagirdi Məhəmməd Bəhlulovun atası Növruz Bəhlulov "Xəzər Xəbər"ə bildirib ki, övladının tərbiyəsi və dərsə davamiyyəti ilə bağlı bu günə kimi heç bir şikayət olmayıb. O, iddianın əsassız olduğunu deyib.

Baş verən hadisəyə 22 nömrəli məktəbin direktor müavini Novruz İsmayılov da aydınlıq gətirib. O qeyd edib ki, Məhəmməd Bəhlulov idman dərsində futbol oynayan zaman zədə alıb və dərhal təcili tibii yardım çağırılıb. O, Sabunçu Rayon Xəstəxanasına aparılıb.

Müşfiq Əliyevin 10-11 sinif şagirdlərinə kütləvi olaraq direktorun sifarişi ilə aşağı qiymət yazıldığı iddiasına isə məktəbin digər müəllimi Araz Şamilov jurnalı göstərərk aydınlıq gətirib.





up