DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı ÇAĞIRIŞ
29-03-2023, 00:03

“Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın”.

Bunu DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.





up