Anqoladan Portuqaliyaya uçan təyyarədə şiddətli turbulentlik qorxulu anların yaşanmasına səbəb olub.
Güclü turbulentlik nəticəsində on nəfərdən çox sərnişin, o cümlədən təyyarə heyəti də xəsarət alıb.
Bununla bağlı təyyarənin göyərtəsindən yayılan görüntülərdə turbulentliyin baş verdiyi anlar əks olunub.
Kadrlarda Luandadan Lissabona uçan təyyarənin koridorlarına səpələnmiş yeməklər və plastik qab-qacaqlar görünür. Salonun divarlarında və həmçinin də tavanında yemək və içki ləkələrini görmək mümkündür.
Hətta videoda üst rəflərin arasındakı boşluqda ilişib qalmış plastik qab da görünür.
Portuqaliya mediasının məlumatına görə, TAAG “Angola Airlines” tərəfindən idarə olunan “Hi Fly” təyyarəsində iki ekipaj üzvü də daxil olmaqla ən azı on nəfər yaralanıb.