Bakıda AĞIR QƏZA : Sürücü öldü, qızının vəziyyəti...
18-03-2023, 17:03

Bakıda avtomobil velosipedlə toqquşub.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Bəhlulzadə küçəsində qeydə alınıb.

45 yaşlı Rauf Süleyman oğlu Zeynalov idarə etdiyi "Ford Transit" markalı avtomobillə qarşısına çıxan velosipedçi 51 yaşlı Sabirabad rayon sakini Süliddin Lətif oğlu Əliyevi vurub.
Hadisə nəticəsində Süliddin Əliyev həyatını itirib. Velosipedin arxa oturacağında əyləşən, Süliddin Əliyevin qızı, 12 yaşlı Zeynəb Əliyeva açıq kəllə-beyin travması, beyin əsasının sınığı, daxili qanaxma və qabırğanın çoxsayılı sınığı diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /lent,az/





up