"Bakı Metropoliteni" ərazisində ölüm hadisəsi olub.
Bu barədə AZİNFORM.AZ-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Neftçilər" stansiyasının keçidində bir nəfər kişi sərnişin pilləkənlərlə düşərkən özünü pis hiss edib. Həmin yerdə dünyasını dəyişib. Onun metroya, yaxud keçidlə əks istiqamətdə keçmək istədiyi bəlli deyil", - o bildirib.