DİGƏR XƏBƏRLƏR
Türkiyədən təyyarə ilə Bakıya gələn şəxs hava limanında yoxa çıxıb.
AZİNFORM.AZ-ın məlumatına görə, Biləsuvar rayon sakini Qafar Bayramov polisə müraciət edərək martın 15-i saat 5 radələrində İstanbul – Bakı reysi ilə gələn oğlu 33 yaşlı Rahib Bayramovun Beynəlxalq Hava Limanı ərazisində itkin düşdüyünü bildirib.
Daxil olan müraciət əsasında Daxili İşlər Nazirliyinin Hava nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. /lent.az/