Dəhşətli QƏZADA 5 nəfər həyatını itirdi
16-03-2023, 20:00

Martın 16-da R-22 “Kaspiy” avtomobil yolunun 132-ci kilometrliyində baş vermiş qəzada 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

AZİNFORM.AZ Rusiya KİV-nə istinadən bildirir ki, Moskva vilayəti prokurorluğunun məlumatına görə, “Nissan” markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxaraq minik avtomobili ilə üzbəüz toqquşub.

Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.





up