Türkiyədə sel fəlakətində avtomobillər daşqın altında qaldı - VİDEO
15-03-2023, 22:00

Kahramanmaraşda iki zəlzələ ilə dağılan Şanlıurfaya bu dəfə güclü yağış yağıb. Şanlıurfada baş verən sel fəlakətində Süleymaniyyə rayonunda avtomobillər su altında qalıb. 

AZİNFORM.AZ xəbər verir ki, Yalıntaş çayının daşması nəticəsində rayonu Hilvanla birləşdirən avtomobil yolu su altında qalıb. Dağıntılar səbəbindən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.  Şəhərin mərkəzində yeraltı keçid tamamilə su ilə dolub. Daşqın suları səbəbindən kağız kimi parçalanan magistral yolun qırılan hissəsi saniyələr ərzində suya bataraq yoxa çıxıb. Şəhərdə leysan davam edir.


AZİNFORM.AZ hadisə yerindən olan görüntüləri təqdim edir:

 



AZİNFORM.AZ



up