Bakıda blogerlərin başına şüşə atıldı - FOTO
15-03-2023, 21:33

Bakıda məşhur influenserlər Həmidə Hacıyeva (hemistyle) və Banu Allahverdinin (banuall) başına pəncərədən şüşə atılıb.

AZİNFORM.AZ olay.az-a istinadən xəbər verir ki, bu barədə Həmidə sosial şəbəkə hesabında paylaşım edib.

Hadisənin necə yaşandığını qeyd edən bloger “Polisazərbaycan” səhifəsini də işarələyərək, sözügedən şəxsə qarşı tədbir görülməsini istəyib:

“Banunun mağazasından çıxarkən gördüyünüz pəncərədən bir kişi (yəqin ki, əqli probemli) araq butulkasını düz başımın üstünə atdı. Bir saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Təkrar nəsə atar deyə ehtiyat edib mağazada gözlədik. Qızlar mağazada məlumat verdi ki, bu hadisə son günlərdir bir neçə dəfə baş verib! Məncə, bu şəxslə bağlı bir tədbir görülməlidir. Yoxsa, bir gün pəncərədən atdığı hansısa əşya kiməsə ağır xəsarət verəcək”.





up