Bu gün Səudiyyə Ərəbistanının Taif şəhərində “qum şeytanı” adlı tornado baş verib. Nadir hava hadisələrində toz şeytanı buludlara qədər yüksəlir.
AZİNFORM.AZ xəbər verir ki, sözügedən təbii fəlakətin görüntüləri sosial mediada yayılıb. Taif şəhərində çəkilmiş inanılmaz videoda fırlanan toz şeytanı görünür.
Toz şeytanları adətən zərərsizdir, lakin nadir hallarda həm insanlara, həm də əmlaka təhlükə yarada biləcək qədər ziyan vura bilər.
AZİNFORM.AZ videonu təqdim edir: