Evə girən yarasa uşaqlara xəsarət yetirdi
14-03-2023, 19:51

Türkiyədə evə girən yarasa iki azyaşlı uşağın qulağını dişləyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "CNN Türk" də məlumat verilib.

Hadisə dünən axşam saatlarında Türkiyənin İğdır şəhərində olub.

Evi havalandırmaq üçün eyvanın qapısını açıq qoyan ailə gecə saatlarında uşaqlarının ağlamasına oyanıb. Və gördükləri mənzərə qarşısında şoka düşüblər.

Hər iki uşaq xəsarət alıb.

Qeyd edək ki, ailə dərhal xəstəxanaya müraciət edib, onlara quduzluq və tetanoza qarşı peyvənd vurulub. /demokrat.az/





up