Sarıyerdə çay içən zaman silahlı hücuma məruz qaldılar - ANBAAN VİDEO
14-03-2023, 13:37

Türkiyənin İstanbul şəhərində küçədə çay içən insanlar silahlı hücuma məruz qalıblar. Küçədə çay içərkən motosikletli vətəndaşların

hücumuna məruz qalan 3 dostdan 2-nin stəkanlarından belə ayrılmadığı anlar təhlükəsizlik kamerasına düşüb.

AZİNFORM.AZ xəbər verir ki, kimliyi məlum olmayan şəxs küçədəki 3 nəfərə atəş açıb.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Dünən axşam saatlarında İstanbulun Sarıyer səmtində görüntülər qeydə alınıb.

AZİNFORM.AZ sözügedən görüntüləri təqdim edir:






up