Lənkəranda qəza olub, ölən və yaralananlar var
9-03-2023, 00:29

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

99-KE-639 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə 10-TX-820 nişanlı "Toyota Prius" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





up