Moskvanın Nijnyaya Krasnoselskaya küçəsindəki poçtun girişinə ürək göndərilib.
AZİNFORM.AZ yerli mediaya istinadən bildirir ki, yoldan keçən bir nəfər ürəyi görərək, polis çağırıb. Hadisə şahidi olan qızın sözlərinə görə, yəqin ki, kimsə insanların reaksiyasını müşahidə etmək üçün daxili orqanı qəsdən gözə çarpan yerə qoyub:
"Düz səkidə qarın içərisinə qoyulan ürəyi görəndə əvvəlcə şoka düşdüm. Mən yaxınlıqda işləyirəm və həmişə burdan keçirəm gedirəm. Bu necə xaosdur? Moskvanın mərkəzində belə bir şey var! Diqqətlə baxanda anladım ki, ürək insan üçün çox böyükdür".
Polislər çağırışa təəccübləniblər. Tezliklə məhkəmə-tibb eksperti çağırılıb. Ekspert orqanın iri heyvana aid olduğunu müəyyən edib. /lent.az/