Bir qrup yeniyetmə gecə saatlarında paytaxtı bir-birinə qatdılar - ANBAAN VİDEO
7-03-2023, 13:41

Bakıda dünən gecə saatlarında bir qrup yeniyetmə yol kənarına yerləşdirilən bollardlara ziyan vurub.


Xuliqanlıq haqqında BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Yerli sakinlər bildirib ki, Nəsimi rayonu, Əlövsət Quliyev 92-96 küçələrində 60-dan çox bollardın qapaqları yeniyetmələr tərəfindən qırılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb: "Şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür".






up