Yolu uşaq arabası ilə keçən qadını maşın vurdu
5-03-2023, 14:58

Sankt-Peterburqda "VAZ" markalı avtomobil svetoforun yaşıl işığında yolu keçən uşaq arabasında körpəsi olan qadını vurub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və rayon üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində qadın və 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Petroqradski rayonunun polis əməkdaşları araşdırma aparır. (lent.az)





up