"Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünənki hadisədə qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə, yerinə yetirdi".
Bunu "Report" a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov deyib.
O bildirib ki, R.Həşimov fəaliyyəti dövründə nümunəvi əməkdaş olub:
"Rüfət müharibədən sonra bizim idarədə fəaliyyətə başlamışdı. Çox cəsur, fədakar biri idi. Onu hansı sahəyə yönəltmişdiksə, həmişə işgüzarlığı ilə seçilmişdi.
Qeyd edək ki, dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı idi.