Deputatın cangüdəni həbs olundu - FOTO
3-03-2023, 20:20

Demokrat Partiyasının sədr müavini, deputat Camal Enginyurtun cangüdəninə 11 ay həbs cəzası verilib.

İstanbul 32-ci Cəza Məhkəməsində ötən ilin avqustinda TV proqramda deputatla jurnalist Lətif Şimşəklə arasındakı mübahisəyə müdaxilə edən cangüdən Əmrah Topalla bağlı şikayət üzrə bu gün hökm oxunub.

Prokuror "qəsdən sağlamlığa zərər vurma", "təhdid", "hədə", "ictimai yerdə xuliqanlıq" ittihamları ilə mühakimə olunan cangüdənə ümumilikdə 7 ilə yaxın cəza istəsə də, hakim ona 11 ay həbs cəzası kəsib. O, elə məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib.







up