Piyadanın ölümündə təqsirləndirilən "Azərsu" əməkdaşının məhkəməsi başlayır
3-03-2023, 17:16

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əliəkbər Şıxıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZİNFORM.AZ-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Zaur Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 13-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Belə ki, Ə.Şıxıyev Muğan qəsəbəsi ərazində su xətlərinin çəkilməsi ilə əlaqədar işləyən zaman idarə etdiyi "Azərsu"ya məxsus "QAZ 330232" markalı avtomobili geriyə hərəkət etdirən zaman piyada, 1954-cü il təvəllüdlü Atlas Əsədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Ə.Şıxıyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.





up