Zəlzələdə həlak olan basketbolçunun ölümündən əvvəlki SON GÖRÜNTÜLƏRİ - VİDEO
1-03-2023, 21:56

Türkiyədə zəlzələdə dağıntılar altında qalan milli komandanın basketbolçusu Nilay Aydoğanın ölümündən əvvəl çəkilən görüntüləri yayılıb.

AZİNFORM.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı idmançı sonuncu dəfə Malatyada nənəsi Hacer Aydoğana sürpriz edib evinə gedib.

Dağıntılar altından tapılan telefonda Nilayla nənəsinin son dəfə çəkilən videosu tapılıb. Basketbolçunun anası Sevgi Aydoğan həmin kadrları göz yaşları içində izləyib.

O, qızının nənəsi evində olduğunu bilmədiyini deyib:

"Komanda ilə Hataydan Ankaraya gedəcəyini təxmin etmişdim. Məgər Malatyada imiş. Ona nə qədər zəng etsək də, danışa bilmədik. Mən onsuz heç nə edə bilmirdim. O, mənim qolum qanadım, hər şeyim idi. Bundan sonrakı həyatımı necə keçirəcəm bilmirəm. Çox çətindir".







up