DİGƏR XƏBƏRLƏR
Manisada Hataydan gələn zəlzələ qurbanlarının olduğu avtomobil qəzaya uğrayıb. Qəzada zəlzələdən sağ çıxan 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZİNFORM.AZ "Haber Global"a istinadən xəbər verir ki, hadisə Manisanın Salihli rayonunda ba. verib. Belə ki, Hataydan gələn minik avtomobili ilə mikroavtobus toqquşub.
Qəzada zəlzələlərdən xilas olmağı bacaran 66 yaşlı Yusuf Gülən həyatını itirib.
Yaralılar Salehli Dövlət Xəstəxanası və rayondakı özəl xəstəxanalara aparılıblar. Vəziyyəti ağır olan Yusuf Güləni həkimlərin bütün müdaxilələrinə baxmayaraq, xilas etmək mümkün olmayıb.