Bakıda zəncirvari QƏZA: 6 maşın bir-birinə çırpıldı - VİDEO
25-02-2023, 22:08

Bakıda zəncirvari qəza olub.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospektində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı altı nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Avtomobillərə ziyan dəyib.

Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:





up