Medvedçukun həyat yoldaşının 153 mln. dollarlıq əmlakına həbs qoyuldu
23-02-2023, 19:04

Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollar əmlakına həbs qoyulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, həbs 3 vilayətdəki elektrik şəbəkəsinin səhmlərini əhatə edib. Həmin səhmləri Oksana Marçenko ofşor şirkətlər vasitəsilə idarə edib.

Bundan başqa, onun 2 torpaq sahəsi, 4 ev, 10 avtomobil və 18 müəssisədəki aktivlərinə həbs qoyulub. /unikal/







up