Atlı şəxs avtomobillə toqquşdu -VİDEO
22-02-2023, 15:39

Meksikada atlı şəxs avtomobiilə toqquşub.

AZİNFORM.AZ xəbər verir ki, hadisə ərazidəki təhlükəsizlik kameraları ilə qeydə alınıb.

Görüntülərə əsasən, atlı şəxs çox sürətli gəldiyi üçün dayana bilməyərək avtomobilin üzərinə çıxıb.

Avtomobildə hamilə qadının olduğu və qəzadan sonra erkən doğum riski ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.

At sürücüsünün qəzadan sonra atı minərək hadisə yerindən qaçdığı qeyd olunub.

Polis faktla bağlı araşdırma başladıb. /sonxeber.az/





up