MTK rəhbəri Hava limanında saxlanıldı - VİDEO
20-02-2023, 19:28

KAHRAMANMARAŞ'da baş verən və 11 vilayətə təsir edən şiddətli zəlzələlərdən sonra dağılan Adıyamanın Gölbaşı qəsəbəsindəki Huzur Mənzilinin podratçısı Yıldıray Varki İstanbul hava limanında yaxalanaraq saxlanılıb. 

AZİNFORM.AZ xəbər verir ki, Yıldıray Varki xaricə qaçarkən hava limanında saxlanılıb. 

Hava limanında pasport yoxlaması zamanı şübhəli şəxs nəzarətə alınaraq təhlükəsizlik kamerasına çəkilib.

Yıldıray hava limanındakı sənəd yoxlanışı zamanı nəzarətə götürülüb. O, İsveçrəyə qaçmaq istəyib.

Şübhəlinin polis tərəfindən əməliyyatı davam etdirilir.

AZİNFORM.AZ həmin kadrları təqdim edir:

 





up