Günay qətldən 3 gün əvvəl atalığını polisə şikayət edibmiş -VİDEO
19-02-2023, 20:33

Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın  öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

AZİNFORM.AZ Astar TV-yə istinadən xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.

Hadisə ilə bağlı Əfsanə Şadatovanın qonşusu və Zaur Babayevin atasının fikirlərini təqdim edirik:





up