Abşeronda oğul anasını amansızlıqla öldürdü
19-02-2023, 10:12

Fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənin xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən azinform.az-a verilən məlumata görə, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.





up