Bakıda oğurluq hadisəsi baş verib.
AZİNFORM.AZ xəbər verir ki, hadisə Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəki ("28 Mall" ticarət mərkəzinin yanı) geyim mağazasında qeydə alınıb.
4 naməlum qadın mağazaya alıcı kimi daxil olaraq oğurluq ediblər. Onlar paltar dükanından köynək və çanta da daxil olmaqla bir neçə əşya oğurlayıblar.
Həmin an yaşananlar təhlükəsizlik kamerası tərəfindən görüntülənib, daha sonra isə sosial şəbəkələrdə yayılıb.
Bir neçə gün əvvəl mağaza sahibləri qadınlara geyimləri qaytarmaq üçün xəbərdarlıq ediblər. Onlar isə bu xəbərdarlığa məhəl qoymayıblar.
Sözügedən oğurluq hadisəsinin görüntülərini təqdim edirik: