Dağıntılar altından sağ çıxan 13 yaşlı Esmanın sözləri ÜRƏK DAĞLADI - VİDEO
16-02-2023, 00:39

Adıyamanda dağıntılar altında qalan 13 yaşlı Esma Dəmirin onu xilas etmək istəyən könüllülərə “Məni xilas etmək üçün ayağım mane olarsa, kəsə bilərsiniz” tələbi ürək ağrıdıcı olub. 56 saatdan sonra Esma dağıntılar altından çıxarılıb. 

AZİNFORM.AZ xəbər verir ki, Əsma Dəmir dağılan binalardan birinin qalıqları altında qalıb. 56 saat köməksiz vəziyyətdə xilas olunacağı anı gözləyən Əsma "Əgər mane olursa, məni qurtarmaq üçün ayağımı kəsə biləsiniz" deyib.  

Axtarış-xilasetmə məmuru "Sizi buradan sağ-salamat çıxaracağıq. Narahat olma" deyərək Esmadan möhkəm olmasını və özünə güvənməsini istəyib.

9 saatlıq xilasetmə əməliyyatından sonra Əsma dağıntılar altından çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib. 



AZİNFORM.AZ



up