DİGƏR XƏBƏRLƏR
Rusiyalı xilasedicilər Türkiyədə yaşayış evinin dağıntıları altından 150 min dollar tapıblar.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Axtarış-xilasetmə əməliyyatları zamanı Rusiya xilasediciləri Türkiyədə yaşayış evinin xarabalıqları altında külli miqdarda pul tapıblar. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları daha bir dağıntı qatını təmizləyərkən içi 100 dollarlıq əskinasla dolu qab aşkar ediblər. Tapılan 150 min dollar məbləğində vəsait imza ilə yerli polisə təhvil verilib”, – deyə məlumatda bildirilir.