Gəncə səmasında naməlum CİHAZ GÖRÜNDÜ - VİDEO
14-02-2023, 00:11

Təxminən bir saat bundan öncə Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər.  

AZİNFORM.AZ
xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna şəhər sakinləri məlumat veriblər.
Məlumata görə, hadisə yerli vaxtla 19:48 radələrinə təsadüf edib.  

Video görüntülərə əsasən uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.  

Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bunun"Spase X" şirkətinin "Starlink" peykləri olduğu haqda məlumatlar yayılıb.
 





up