Azərbaycanda müəllimə yol qəzasında ÖLDÜ
11-02-2023, 23:16

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, hadisə DYP binasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil, yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.

Piyada xəstəxəxanaya aparılsa da onun öldüyü məlum olub.

Məlumata görə, həmin şəxs müəllimə olub.

Piyadanı vuran avtomobilin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.





up