106 saatdan sonra xilas edilən balaca bacı-qardaş hər kəsi kövrəltdi - VİDEO
10-02-2023, 16:54

Axtarış-xilasetmə işlərinin davam etdiyi Nurdağında zəlzələnin 106-cı saatında balaca uşaqların xilası hər kəsdə yenidən ümidləri alovlandırıb.

Belə ki, dağıntılar altından 4 və 6 yaşlarında bacı-qardaş xilas ediliblər. Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.






up