Bakıda külək 5 nəfəri xəstəxanalıq etdi
9-02-2023, 20:14

“Bakıda müşahidə olunan küləkli hava ilə əlaqədar saat 13:00-a qədər Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müxtəlif dərəcəli xəsarətlərlə 3 nəfər (qadın) müraciət edib”.

Bu barədə  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Küləkli  hava şəraiti ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 müraciət daxil olub. 

Bir nəfər (kişi) qabırğaların sınığı diaqnozu, bir nəfər (qadın) isə başın səthi travması, baş-beynin silkələnməsi ilə tibb müəssisəsinə hospitalizasiya edilib.





up