Sosial şəbəkə fenomeni Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayılıb.
E.Lənbəranski məlumatı təsdiqləyib.
"Mənə qarşı təxribat baş verdi. Nə var mən bir söz demişdim ki, xalq mənim çağırışımdan sonra köməyə gəlib", - o deyib.
Mübahisəyə polisin müdaxiləsindən sonra son qoyulub. O, hadisə ilə bağlı polisə müraciət etmədiyini bildirib.