2 yaşlı körpə Məhəmməd dağıntılar altından çıxarıldı - ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR
8-02-2023, 12:01

Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində Hatayda uçan binanın dağıntıları altında qalan 2 yaşlı Məhəmmədi 44 saat sonra xilas ediblər.

AZİNFORM.AZ xəbər verir ki, 2 yaşlı Məhəmməd 2 günə yaxın müddətdə beton plitənin altında qalıb. Xilasedicilər 2 yaşlı Məhəmmədə əlləri ilə su içdiriblər. 

Türkiyəni dərindən sarsıdan Kahramanmaraş zəlzələləri zamanı dağıntılar altından müjdə vermək üçün yüzlərlə xilasetmə qrupu və minlərlə könüllü çalışır.

AZİNFORM.AZ ürəkdağlayan görüntüləri təqdim edir:






up