Kriminal avtoritetlərə qarşı əməliyyat keçirildi, 48 azərbaycanlı saxlanıldı - VİDEO
7-02-2023, 13:40

Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

AZİNFORM.AZ xəbər verir ki, əməliyyatı polis və Rusiya Qvardiyasının Qrom xüsusi təyinatlıları həyata keçirib. 

Məlumata görə, əksəriyyəti azərbaycanlılardan ibarət olan "oğruların toplantısı"nda narkotik və silah satışı ilə bağlı kriminal biznesdə aktual məsələlərin müzakirəsi nəzərdə tutulubmuş. 

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

"Onların cinayətlərdə əli olub-olmadığını və Rusiya ərazisində olmalarının qanuniliyini yoxlamaq üçün şöbəyə aparılıblar", - məlumatda deyilir. 

 





up