Masazırda küçəyə atılan yenidoğulmuş körpənin anası tapılıb
5-02-2023, 16:57

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası müəyyən olunub.

Bu barədə AZİNFORM.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs — 1999-cu il təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.





up