Göyçayda avtomobil velosipedçini vurub
5-02-2023, 11:28

Göyçayda avtomobil velosipedçini vurub.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili yolu keçən velosipedçini, Göyçay şəhər sakini Natiq İbrahimovu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Velosipedçinin sərxoş olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda polis əməkdaşları qəzanın baş verdiyi ərazidə müvafiq müayinələr aparır, hadisənin hansı zəmində baş verdiyi araşdırılır.





up