ŞOK OLAY: Ana 6 yaşlı qızının həyatına qıydı - ANBAAN VİDEO
3-02-2023, 23:29

Türkiyənin Qaziantep şəhərində xarici əsilli Nuhna Cemmel 6 yaşlı qızı Aya Necimi boş ərazidə boğaraq öldürüb.

AZİNFORM.AZ xəbər verir ki, qatil ananın qızını həmin əraziyə apardığı anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntü sosial şəbəkələrdə hiddət və böyük kədərlə qarşılanıb. İnsanlar ananın qəddarlığına təəccüblənib, məsum uşağın ona güvənərək əlindən tutub getdiyinə kövrəliblər.






up