Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında ölənlərin adları açıqlanıb.
AZİNFORM.AZ-ın məlumatına görə, bunlar 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu, 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1988-ci il təvəllüdlü Baxşaliyeva Məfdunə Məhərrəm qızıdır.
Qeyd edək ki, hadisə "Niva" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.