Kolumbiyada yaşayan 21 yaşlı kollec tələbəsi Karen Julieth Cárdenas klinikalardan birində rinoplastika əməliyyatı etdirib.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, psixologiya üzrə yüksək kurs tələbəsi olan Karen əməliyyatdan sonra evə qayıdıb.
Lakin gənc qadın evə çatan kimi huşunu itirib. Ailəsi onu ayağa qaldıra bilsə də, Karen yenidən huşunu itirib.
"Səhər saat 5-də xəstəxanaya gəldi və əməliyyat səhər saat 7-də başladı və gecə saat 1.30-a qədər davam etdi. Dərhal onu reanimasiya edə bildik və o, ayıldı, amma bəlkə də dərman artıq keçib və o, yenidən huşunu itirib. O, saat 2-də bizimlə idi və bir neçə dəqiqədən sonra huşunu itirdi”, - deyə xəstəxanadan bildirilib.
Karenin narahat olan ailəsi huşunu itirdikdən sonra rinoplastika əməliyyatı etdirən cərrahla əlaqə saxlayıb və cərrah onlara klinikaya gəlməyi tövsiyə edib. Lakin Karenin vəziyyəti pisləşib və ailəsi onu evlərinə daha yaxın olan klinikaya aparmaq qərarına gəlib.
Karenin böyük qardaşının sözlərinə görə, həkimlər onu burada reanimasiya edib. Lakin gənc qadın huşunu itirməyə davam edib və sonda intubasiya edilib.
İntubasiya zamanı məlum olub ki, qənc qadının ağciyərlərində, nəfəs borusunda və yemək borusunda çoxlu qan yığılıbmış. Bu qan onun nəfəs almasını çətinləşdirib. Karenin nəfəs almasına mane olan qan səbəbindən 6 dəfə ürək-tənəffüs tutulması baş verib və o, ölüb.
Faktla bağlı araşdırmalar başladılıb./azxeber.com/
Facebook
Вконтакте
Одноклассники
Google+