Şamaxıda bir ailə göbələkdən zəhərlənib
1-02-2023, 12:05

Şamaxı rayonunda bir ailə göbələkdən zəhərlənib.

AZİNFORM.AZ xəbər verir ki, zəhərlənmə dünən gecə saatlarında olub.

Şamaxı xəstəxanasına çatdırılan 1987-ci il təvəllüdlü Nəsirova Rəvanə Adil qızı, övladları 2010-cu il təvəllüdlü Nəsirov Namiq Amil oğlu və 2007-ci il təvəllüdlü Nəsirova Şəbnəm Amil qızı vəziyyətləri ağır olduğundan Bakıda xəstəxanalardan birinin Toksikologiya şöbəsinə aparılıb. (apa)





up