Qəbələdə skeleti tapılan şəxsi vəhşi heyvanlar parçalayıbmış
30-01-2023, 11:11

Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişinin vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal olunur.

AZİNFORM.AZ-ın məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.

Ölənin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Həmin şəxsin 2022-ci ilin dekabr ayında meşədə itkin düşən Səyavuş Həmidov olduğu ehtimal edilir.





up