Təxliyə təyyarəsi Bakıya çatdı - VİDEO
29-01-2023, 23:47

Şəhid Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

AZİNFORM.AZ xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşayiəti ilə qarşılanır. 

Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır. /qafqazinfo/





up