SON DƏQİQƏ: Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanıldı
27-01-2023, 12:01

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

AZİNFORM.AZ xəbər verir ki, İran paytaxtının polis rəisi briqada generalı Rəhimi cümə günü səhər saatlarında səfirliyin əməkdaşlarından biri səfirliyə daxil olarkən Azərbaycan səfirliyinə odlu silahla daxil olan şəxsin həbs edildiyini açıqlayıb.

“Bu şəxs bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla (AK-47 tüfəngi) daxil olub. Onun hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb”, – Rəhimi bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.





up