Türkiyədə ailə faciəsi yaşanıb.
AZİNFORM.AZ media xəbər verir ki, 62 yaşlı Hüseyn Akman küçənin ortasında infarkt keçirib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək olmayıb.
Bundan xəbər tutan ailədə daha bir ölüm hadisəsi baş verib.
Belə ki, Hüseyn Akmanın atası bir saat sonra yıxılaraq beyin qanaması keçirib. 94 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Ata və oğlunun cənazəsi eyni gündə torpağa tapşırılıb.