Dünyanın ən böyük ayıları təhlükə qarşısında: Xəstə quşları yeyib kor olurlar - FOTO
24-01-2023, 21:38

ABŞ-də qonur ayılarda (“qrizli”) ilk dəfə quş qripinə yoluxma halları müəyyən edilib. İlkin məlumatlara görə, artıq 37 yırtıcıda virus aşkar edilib.

Bu barədə “Montana Fish, Wildlife and Parks” mərkəzi xəbər yayıb.

Heyvanların xəstə quşla qidalandıqdan sonra yoluxmuş ola biləcəkləri düşünülür.

Məlumata görə, ayılarda səmtin itirilməsi və qismən korluq yaranıb. Xəstəlik səbəbindən heyvanları məcburən iynə vuraraq öldürüblər.

 





up