Bakıda fəhlə ehtiyatsızlığın qurbanı oldu
12-05-2022, 20:24

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 29 yaşlı Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AZİNFORM.AZ lent.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılıb. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.





up